Borjomi (su)

Borjomi
ბორჯომი
Növü Qazlı mineral su
Mənşəsi
Yaradıldığı il 1890
borjomi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur.[1][2]

Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi.[1]

Borjomi 40-dan çox ölkəyə ixrac olunur.[1] "IDS Borjomi"-yə daxil Borjomi şirkətinin əksər payı, Gürcüstanın iş adamı İnna Qudavadze tərəfindən 2013-cü ilin yanvar ayında Rusiyanın "Alfa Group" şirkətinə satılıb. 2012-ci ildə şirkət Forbes jurnalı tərəfindən 500 milyon dollar dəyərində qiymətləndirilmişdir. İnna və onun ailəsi hal-hazırda biznesdə təsirini saxlayıb.[3]

Gürcüstan və Rusiya tədqiqatçıları tərəfindən Borjomi suyunun istifadəsi bir sıra həzm xəstəliklərinin və şəkərli diabet xəstələrinin kompleks müalicəsi üçün təklif edilmişdir.[4][5][6][7]

  1. 1 2 3 "History of TM". IDS Borjomi Georgia. 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  2. Forbes, Bertie Charles. Forbes. Volume 175, Issues 1-4. Forbes, Inc. 2005. səh. 81. (#accessdate_missing_url)
  3. "Russian Investor Buys Control of Georgia's Borjomi Mineral Water Brand, Sputnik News". 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
  4. "Clinical researches results". IDS Borjomi Georgia. 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
  5. Iakhontova, OI; Valenkevich, LN; Shepp, EE; Lambina, SA; Demidova, TV; Shepp, AE. "[The functional-morphological changes in the duodenum in chronic pancreatitis]". Likars'ka sprava / Ministerstvo okhorony zdorov'ia Ukrainy (8). Aug 1992: 33–6. PMID 1475921.
  6. Shugarov, AA; Tvauri, MP. "[Indications for directing a patient to Borzhom spa]". Voenno-meditsinskii zhurnal. 5 (6). Jun 1957: 63–4. PMID 13557781.
  7. Shugarov, AA; Tvauri, MP. "[Experience in the treatment of patients with diabetes mellitus at the Borzhomi health resort]". Voprosy kurortologii, fizioterapii, i lechebnoi fizicheskoi kultury. 33 (4). Jul–Aug 1968: 366–7. PMID 4242626.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search